Uşaqları zorlayır, baltayla öldürür, cəsədləri gizlədirdilər: Qatil sevgililər sirləri ilə bərabər məzara getdi - FOTOLAR

 Uşaqları zorlayır, baltayla öldürür, cəsədləri gizlədirdilər: Qatil sevgililər sirləri ilə bərabər məzara getdi - FOTOLAR

İngiltərənin ən qorxunc cinayətkarı İen Bredi 79 yaşında ömürlük həbs cəzasını çəkdiyi Mersisayddakı Aşvort xəstəxanasında ağciyər xərçəngindən ölüb. 

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, Bredinin sevgilisi Mayra Hindli isə 2002-ci ildə ömürlük həbs cəzasını çəkərkən həbsxanada ölmüşdü. 

Bu qorxunc cütlüyün sirləri isə onlarla birlikdə məzara getmiş oldu. 

1960-cı illərdə dünyanın ən dəhşətli cinayətlərinə imza atan cütlüyün son qurbanları olan 12 yaşlı Keyt Bennett adlı uşağın cəsədi hələ tapılmayıb. Törətdikləri  silsilə cinayətlərin ortaya çıxmasıyla ömürlük həbs cəzasına məhkum edilən cütlük o tarixə qədər öldürdükləri 5 uşaqdan birinin yerini deməyib. İen Bredi ölümünə yaxın dövrdə polis 12 yaşlı Keyt Bennettin cəsədinin harda olduğunu öyrənmək üçün sanki qatilə yalvarırdı. Ancaq işə yaramadı. Mütəxəssislər ikilinin son qurbanlarının yerini söyləməməsinin səbəbinin  güc və nüfuz nümayişi olduğunu deyir. 

2 yanvar 1938-ci ildə Şotlandiyada dünyaya gələn İen Bredi uşaqlığını tək keçirib. Atasını tanımayan Bredini anası başqa ailəyə övladlığa verib. Bredi hələ kiçik yaşlarında sanki gələcəyin qatili olacağı mesajlarını verirdi. Əvvəllər heyvanları əziyyətlə öldürən qatil sonralar eyni yaşda olduğu uşaqlara hücum etməyə başlamışdı. İbtidai məktəb dövründə nasistlərə maraq duymuş və alman dili öyrənməyə çalışmışdı. 

1957-ci ildə isə həyatının eşqi olan Hindli ilə tanış olaraq, həyatı boyunca təcavüz və cinayət edəcəkdi. Mayra Hindli də eynilə sevgilisi kimi problemli idi və uşaqlığını tək keçirmişdi.

23 iyul 1942-ci ildə doğulan Hindli atası tərəfindən fiziki hücumlara məruz qalmışdı. Hindli 15 yaşında olarkən bir dostunun boğularaq ölməsində özünü günahkar hiss etməsi və ondan sonra yaşadığı travma səbəbilə böyük bir ruhi sarsıntı keçirdiyi bildirilirdi.  

16 yaşlı bir qızı avtomobillərinə mindirən cütlük ilk cinayətlərinə qərar vermişdi. Gənc qıza əvvəlcə İen Bredi təcavüz edib, sonra qızın başına kürəklə vuraraq öldürüb. Onlar cəsədi basdıraraq hadisə yerindən qaçmışdılar. 

İkinci cinayət əməli isə 4 ay sonra törədilib. Bu dəfə 12 yaşlı Con Kilbraydı avtomobilinə mindirən qadın əvvəlki cinayətin törədildiyi Sədlvorta gedir. Uşağa avtomobildə qalmasını söyləyib onları gözləyən Bredini çağırır. Azyaşlı uşağı bıçaqlayan qatil, iplə uşağı boğur. 

Və heç vaxt cəsədi tapılmayan cinayətin qurbanı 12 yaşlı Keyt Bennet... Yenə eyni yerdə işlənən cinayətdə əvvəlcə Bredi uşağa təcavüz edib, həmin an da sevgilisi qorxunc təcavüzün, cinayətin canlı şahidi olub. 

Digər qurban isə 10 yaşlı Lesli Ənn Dounidir. Əvvəlcə psixopat cütlük kiçik qızın əl-ayaqları bağlı halda çılpaq fotoşəkillərini çəkib. Daha sonra Bredi kiçik qıza təcavüz edir, sevgilisi Hindli isə bunun videoya alıb. Videogörüntülərdə qızın ağlamağı, yalvarışı kəsilmir. Lesli də digərləri kimi eyni yerdə basdırılır. 

Son cinayət isə 1965-ci ildə işlənilib. Bu cinayət cütlüyü ələ verir. 17 yaşlı Edvard Evansı evlərinə qonaq edən qatil cütlük uşağın başını baltayla parçalayır. Hadisə zamanı qadının ögey qardaşının onlara ziyarətə gəlməsi hər şeyi ortaya çıxarır. Bredi cəsədi daşımaq və evi təmizləmək üçün ögey qardaşdan kömək istəyir. Olduqca qorxan Devid Smit cütlüyə kömək etdikdən sonra evdən qaçaraq polisə gedir. Dünyanın ən qorxunc cütlüklərindən olan Bredi və Hindlinin cinayətləri beləcə sona çatır. 

Cinayətkar cütlük ömürlük həbs cəzasına məhkum edilir. 

Xəbər 4428 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR