Uşağının topunun qonşunun həyətinə düşməsi ÖLÜMƏ SƏBƏB OLDU

Uşağının topunun qonşunun həyətinə düşməsi ÖLÜMƏ SƏBƏB OLDU

Böyük Britaniyanın Lester şəhərində dəhşətli bir hadisə baş verib.

Publika.az "Mirror Online” nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı Kelli Maçin kiçik bir səhvin qurbanı olub.
Nəşrin yazdığına görə, qonşunun uşağı öz həyətində oynayarkən top Kellinin həyətinə düşüb. Qadın topu deşib. Bundan sonra uşağın 28 yaşlı anası Natali Bollen öz atası 48 yaşlı Uilyam Qeri ilə birlikdə Maçin mənzilinə gələrək onu ölümcül döyüblər. Qadının qabırğalarından beşi sınıb və bu daxili qanaxmaya gətirib çıxarıb. Maçin klinikada həyatını itirib.
Bildirilir ki, Maçin əyyaş idi və onun hərəkətləri qonşuların şikayətlərinə səbəb olurdu.
 
Aktual.az
Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR