UNESCO-nun baş katibi vəzifəsinə 4 müsəlman namizəddir

UNESCO-nun baş katibi vəzifəsinə 4 müsəlman namizəddir

UNESCO-nun baş katibi vəzifəsinə 9 namizədin adları elan edilib.

APA-nın "islam-today.ru” saytına istinadən verdiyi xəbərə görə, namizədlərdən 4-ü müsəlmandır.

Namizədlər aşağıdakılardır: Polad Bülbüloğlu (Azərbaycan), Hamad bin Abduləziz əl-Kayari (Qatar), Salih əl-Hasnaui (İraq), Muşira Xəttab (Misir), Vera əl-Huri Lakyöy (Livan), Fam Suan Şon (Vyetnam), Xuan Alfonso Fuentes Sori (Qvatemala) və Odri Azulay (Fransa).

Yeni baş katib payızda seçiləcək.

Hazırda BMT-nin Mədəniyyət, təhsil və elm məsələləri üzrə xüsusiləşmiş təşkilatı olan UNESCO-nun baş katibi bolqarıstanlı İrina Bokovadır. İcra Şurasının sədri vəzifəsini isə misirli Muhammed Samih Amr tutur.
 
Aktual.az
Xəbər 493 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR