UNESCO-nun baş direktoru vəzifəsinə seçki başlayır

UNESCO-nun baş direktoru vəzifəsinə seçki başlayır

Bu gün UNESCO-nun baş direktoru vəzifəsinə seçki başlayır.
 
APA-nın UNESCO-nun saytına istinadən verdiyi məlumata görə, qurumun İdarə Heyətinin oktyabrın 4-18-də keçiriləcək 202-ci sessiyası çərçivəsində oktyabrın 9-da günorta plenar iclasının sonunda ilkin gizli səsvermə aparılacaq. Əgər tələb olunan səs çoxluğu əldə edilməsə, gizli səsvermə oktyabrın 10-da, 11-də və 12-də eyni qaydada davam edəcək. Sonuncu turda da namizədlərdən heç biri lazımi qədər səs almazsa, oktyabrın 13-də ən çox səs toplamış iki namizəd yarışacaq və ən çox səs toplayan  namizəd seçilmiş olacaq.
 
Baş direktorun namizədliyi İdarə Heyəti tərəfindən Baş Konfransa göndəriləcək və yeni baş direktor Baş Konfrans tərəfindən təsdiqlənəcək. UNESCO Baş Konfransının 39-cu sessiyası oktyabrın 30-dan noyabrın 14-dək Parisdə keçiriləcək.
 
Qeyd edək ki, baş direktor 4 il müddətinə seçilir. Onun vəzifəsi daha 4 il uzadıla bilər.
 
Azərbaycanın UNESCO-nun baş direktoru vəzifəsinə namizədi Rusiyadakı səfir Polad Bülbüloğludur. Digər 8 namizəd Vyetnamdan Fam Sanh Çau, Misirdən Mouşira Xattab, Qətərdən Hamad bin Əbdüləziz Əl-Kavari, Çindən Qian Tang, Qvatameladan Xuan Alfonso Fuentes Soria, İraqdan Saleh Əl-Həsnəvi, Livandan Vera Əl-Xouri Lacoeuilhe və Fransadan Odri Azulaydır.

Aktual.az


Xəbər 243 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR