Ukraynanın "Eurovision"la bağlı şərtləri

Ukraynanın

Artıq Ukrayna "Eurovision - 2017" mahnı müsabiqəsinin hazırlıqlarına başlayıb.

Aktual.az  qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin mədəniyyət naziri Yevgeni Nişukaçıqlamasında bildirib.

Nazir ölkənin mayın 14-dən etibarən, yəni Ukraynanın qalib olduğu gündən hazırlıqlara başladığını deyib.

Y.Nişuk müsabiqənin Kiyevin "Olimpik" stadionunda keçiriləcəyini qeyd edib.

Nazir, həmçinin Kiyevdə ""Eurovision"nu maliyyələşdirilməsi üçün Avropa investorlarının cəlb edilməsini təklif edib.

"Stokholmda hər şey yüksəsk səviyyədə təşkil olunmuşdu. Bu, çox böyük maliyyə tələb edir. Yarışmaya Avropadan ekspertlər gətirmək lazımdır", - deyə Y.Nişuk vurğulayıb.

Bundan başqa Ukrayna Ali Rada müavini Anton Gerashchenko bildirib ki, ölkənin hazırladığı qara siyahıya düşən Rusiya mədəniyyət xadimləri sözügedən müsabiqədə iştirak etməyəcəklər.

RİA Novosti xəbər verir ki, siyahıda Qriqori Leps, Oleq Qazmanov, Yuliya Çeçerina daxil olmaqla 80-dən çox tanınmışların adı var.

Deputatın sözlərinə görə, Krımı ələ keçirmək, Donbasın bir hissəsini işğal etmək cinayətdir:

"Rusiyanın işğalçılıq siyasətinin əleyhinəyik. Ukraynanın milli ləyaqətini qoruyacağıq. Yalnız Ukraynanın icazə verdiyi, razı olduğu ölkələrin müğənniləri yarışmada iştirak edəcək".

Xəbər 854 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR