Ukraynanın əhalisi 36 milyon nəfərə qədər azalacaq - 2050-ci ilədək

Ukraynanın əhalisi 36 milyon nəfərə qədər azalacaq - 2050-ci ilədək

Ukraynanın əhalisinin sayı 2050-ci ilədək 36 milyon nəfərə qədər azalacaq və yaşayış əsasən ölkənin şəhərlərində olacaq. Bu proqnoz mayın 16-da BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti tərəfindən səsləndirilib.

AZƏRTAC Ukrayna mətbuatına istinadla xəbər verir ki, milli statistika agentliklərinin məlumatına əsaslanan təşkilatın hesablamalarına görə, 2050-ci ilə qədər 28,5 milyon ukraynalı şəhərlərdə yaşayacaq. Bu da əhalinin 78 faizi deməkdir.
Hazırda Ukraynanın əhalisi 43 milyon 579 min nəfərdir. Proqnozlar özünü doğrultsa, 2050-ci ildə Ukraynanın əhalisi 1950-ci ildəki kimi olacaq. Ukraynada əhalinin ən çox sayı 1990-cu ildə qeydə alınıb – 51,5 milyon nəfər.

Xəbər 383 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR