Ukrayna və Belarus teatrlarının solistləri Bakıda çıxış edəcəklər

Ukrayna və Belarus teatrlarının solistləri Bakıda çıxış edəcəklər

Martın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ukrayna və Belarusun vokal ustalarının birgə iştirakı ilə görkəmli italyan bəstəkarı Cakomo Puççininin "Madam Batterflyay” operası təqdim ediləcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərində Çio-Çio-San rolunu ifa etmək üçün Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələr laureatı Tatyana Qavrilova dəvət olunub. Şarples rolunda isə Ukrayna Milli Operasının solisti, Ukraynanın əməkdar artisti Dmitri Qrişin çıxış edəcək.
Həmçinin operada əməkdar artistlər Fərid Əliyev (Pinkerton), Səbinə Vahabzadə (Süzuki), Əliəhməd İbrahimov (Qoro) və digərləri iştirak edəcəklər.

Səhnə əsəri Xalq Artisti, professor Yalçın Adıgözəlov tərəfindən idarə olunacaq

Xəbər 1129 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR