Ukrayna enerjisiz qala bilər — Ölkədə fövqəladə vəziyyət

Ukrayna enerjisiz qala bilər — Ölkədə fövqəladə vəziyyət
  • DÜNYA

Ukraynanın elektrik stansiyalarında fövqəladə vəziyyət elan edilə bilər

"Ölkə.Az" xəbər verir ki, Ukrayna elektrik stansiyalarında 40 günlük kömür ehtiyatı qalıb. Bu səbəbdən enerji sektorunda bir aylıq fövqəladə vəziyyətin elan edilməsi barədə təklif irəli sürülüb.

Ölkənin şərqində yerləşən Donbass vilayətinin müstəqilliyini elan etməsi kömür nəqlinin dayandırılması ilə nəticələnib. Beləcə, Ukrayna enerji böhranı ilə üz-üzə qalıb.

Donetsk və Luqansk bölgələrindən təmin edilən kömür daşınması elekrik stansiyalarını böhranla üz-üzə qoyub. Ukrayna enerji və kömür nazirliyi elektrik enerjisi məsələsində ortaya çıxan problemlər səbəbindən ölkədə 1 aylıq fövqəladə vəziyyətin elan edilməsini təklif edib. Hökumət qanun layihəsini təsdiqləsə, nüvə və elektrik stansiyalarında kömür istehsalı 20 % artırılacaq, digər sahələrdə isə məhdudlaşdırılacaq.

Ukraynanın baş nazirinin müavini Gennadiy Zubko kömür daşınmasında yaranan problemlər ucbatından Xarkov, Dnepropetrovsk, Kiyev, Çerniqov, Zaporojye, Summı, Çerkassı kimi vilayətlərdə elektrik enerjisinin verilməsində fasilələrin ola biləcəyi barədə xəbərdarlıq edib.
 
Aktual.az
Xəbər 379 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR