Ukrayna birjasında daha 5 min ton Azərbaycan nefti satılıb

Ukrayna birjasında daha 5 min ton Azərbaycan nefti satılıb

 "Ukrtransnafta” şirkətinin Ukrayna Energetika Birjasında keçirdiyi növbəti hərracda daha 5 min ton həcmində "AzeriLight” markalı neft satılıb.

"Report” "Enkorr” saytına istinadən xəbər verir ki, Azərbaycan neftini "Privat” qrupuna daxil olan "İnsignia Resort” şirkəti alıb.
Əməliyyat əvvəlki kimi differensial rejimdə baş tutub. Neftin tədarükü iyulun 20-dən avqustun 2-dək həyata keçiriləcək.
Bu satış "Ukrtansnafta”nın bu həftə ərzində ikinci ticarət əməliyyatıdır. Belə ki, iyulun 3-də "Ukrqazdobıça” Şebelinsk neft emalı zavodu üçün 5 min ton Azərbaycan nefti almışdı.
 
Aktual.az
Xəbər 473 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR