Ukrayna Azərbaycana ət ixracını 2,7 dəfə artırıb

Ukrayna Azərbaycana ət ixracını 2,7 dəfə artırıb

2017-ci ildə Ukraynadan Azərbaycana ət ixracı 2,7 dəfə artaraq 37,8 milyon dollar təşkil edib.

"Report” Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Aqrar İqtisadiyyat İnstitutunun Milli Elmi Mərkəzinin direktoru Nikolay Puqaçyov bildirib.
Qeyd olunub ki, hesabat dövründə Azərbaycan Ukraynadan bu məhsulun əsas 5 idxalçısından biri olub.
İlk 5-likdə eyni zamanda Hollandiya (80,5 milyon dollar), Misir (69,4 milyon dollar), İraq (51,2 milyon dollar) və Belarus (49,6 milyon dollar) yer alıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il Ukrayna ilə ticarət dövriyyəsi 810 milyon dollar təşkil edib. Bunun böyük hissəsi – 460 milyon dolları Ukrayna məhsullarının Azərbaycana idxalının payına düşüb.
Xəbər 519 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR