“Uduzsam, mütləq revanş olacaq” - Zabit Səmədov

“Uduzsam, mütləq revanş olacaq” - Zabit Səmədov
  • İDMAN

Əvvəl vida döyüşüm üçün başqa idmançıları gətirmək istədik. Amma alınmadı. Bu dəfə Antonio Silvanı gətirə bildik. Tanınmış olsa da, əvvəlki kimi güclü deyil. Ona qalib gəlib karyeramı bitirmək istəyirəm.
 
Aktual.az xəbər verir ki, bunu karyerasının son görüşünü keçirəcək Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov sentyabrın 8-də təşkil olunan mətbuat konfransında deyib.
 
"Antonio Silvanı hələ 2011-ci ildə duelə dəvət etmək istəmişdim. Həmin vaxt o, Fyodor Yemelyanenkonu məğlub etmişdi. O vaxt duelimiz alınmadı. Qismət indiyə imiş. Əgər Antonio Silvaya uduzsam, mütləq revanş olacaq. Karyeramı qələbə ilə başa vurmaq istəyirəm", - deyə tanınmış idmançı bildirib.
 
Qeyd edək ki, döyüş sentyabrın 10-da Milli Gimnastika Arenasında keçiriləcək.


Xəbər 348 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR