“Uduzmağa öyrəşmək ağır şeydir” – YAP-çı gənclərin lideri

“Uduzmağa öyrəşmək ağır şeydir”   – YAP-çı gənclərin lideri

“Yeni Azərbaycan Partiyası hələki namizədlər siyahısını ictimaiyyətə elan etməyib. Bilnimir, siyahıda kimlər yer alacaq, kimlər yox. İndidən durub demək ki, seçkilər saxtalaşdırılacaq, bu yalnız qərəzdir, şərdir, böhtandır”.

Bu sözləri Aktual.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov söyləyib.

Onun sözlərinə görə, müxalifət ənənəvi ampulasındadır:

“Guya başqa nə deyəcəkdilər ki?! Bu onların adətidir. Hansı seçkidə müxalifətçi namizəd qalib gəlib ki?! Uduzmağa öyrəşmək ağır şeydir. Bunlar buna öyrəşiblər. Hər şeyin, hətta uduzmağın da bir əxlaqı var. Bu gün Müsavat və AXCP-nin siyahıları saxta yolla tərtib olunur. Partiya üzvlərinin mövqeyi qəti nəzərə alınmır. Öz gözlərində tiri görmürlər, başqalarının gözündə çöp axtarırlar. Müsavat Gənclər Təşkilatının indiyə qədər bircə dəfə olsun legitim konfransı keçirilməyib. Parlament seçkiləri yüksək səviyyədə keçiriləcək. Müxalifət istəyir ki, bu müddətdə qrant alsın, pul qazansın. Buna görə, hətta xalqın adından da danışırlar. Danışdıqları hamısı boş şeydir”.

Adnan/Aktual.az

Xəbər 1952 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR