Türkmənistanın yeni səfiri Bakıya gəlir

Türkmənistanın yeni səfiri Bakıya gəlir

Türkmənistanın Azərbaycandakı yeni səfiri Mekan İşankuliyev sabah Bakıya gələcək.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, bu barədə M.İşankuliyevin Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinlə görüş zamanı bildirilib.

Mekan İşankuliyev dörd il Həştərxanda Türkmənistanın konsulu vəzifəsində çalışıb.

Jilkin onu yeni vəzifəsi ilə təbrik edərək konsulun Həştərxan regionunda yüksək məhsuldarlıqla işlədiyini qeyd edib.

Qubernator Həştərxan vilayəti ərazisində həyata keçirilən bir sıra layihələrdə aktiv fəaliyyətinə görə ona təşəkkür edib. O, həmçinin əməkdaşlığın davam edəcəyinə əminliyini bildirib, çünki Həştərxan Xəzər regionunun bütün ölkələri ilə əlaqələ saxlayır. Mekan İşankuliyev öz növbəsində Həştərxan nümayəndə heyətini Azərbaycanda qəbul etməyə şad olduğunu bildirib.
 
Aktual.az
Xəbər 284 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR