Türkmənistanda tapılan insan qalıqlarının ekspertizasının - Nəticəsi

Türkmənistanda tapılan insan qalıqlarının ekspertizasının   - Nəticəsi

Xəzər dənizinin Türkmənistan sahillərində tapılan insan qalıqlarının itkin düşən azərbaycanlı neftçiyə aid olmadığı müəyyənləşib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov məlumat verib.

Onun sözlərinə görə, genetik ekspertiza aparılaraq müəyyən olunub ki, Türkmənistan sahillərində tapılan insan qalıqları itkin düşən azərbaycanlı neftçilərdən heç birinə aid deyil.

Ə. Həsənov qeyd edib ki, insan qalıqlarının Türkmənistan vətəndaşına aid olduğu ehtimal edilir: “Qalıqları ya Türkmənistana aparacaqlar, ya da burada dəfn ediləcək”.

Qeyd edək ki, bu ilin aprel ayında Xəzər dənizinin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb.

Xəzər dənizinin Türkmənistan sahillərində meyiti tapılan şəxsin ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilirdi.

Xəbər 402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR