Türkiyəyə 6 milyon rus turist gələ bilər

Türkiyəyə 6 milyon rus turist gələ bilər

Türkiyənin Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş Rusiyanın paytaxtı Moskvadakı görüşləri çərçivəsində Türkiyənin turizm sektoru və Rusiya bazarı ilə əlaqəli son vəziyyəti qiymətləndirib.

Modern.az rus mediasına  istinadən xəbər verir ki, Kurtulmuş Türkiyə və Rusiya arasında turizm sahəsində aparıla biləcək fəaliyyətləri gözdən keçirdiklərini ifadə edib.
Türkiyəyə keçən il 4 milyon 700 min rus turistin gəldiyini deyən Kurtulmuş, Qara dənizə qonşu ölkələrlə ortaq bir səyahət marşrutu müəyyən edilməsinə dair fəaliyyətlərin davam etdirildiyini vurğulayıb.
Nazir Beynəlxalq Moskva Səyahət və Turizm Sərgisində Rusiyada fəaliyyət göstərən 20 tur agentliyinin nümayəndəsi ilə görüş keçirdiklərini, nəticədə 2018-ci ildə Rusiyadan gələcək turist sayının 6 milyonu ötəcəyinin proqnozlaşdırıldığını qeyd edib.
Xəbər 241 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR