Türkiyənin məşhur aktrisası HƏBS OLUNACAQ

Türkiyənin məşhur aktrisası HƏBS OLUNACAQ

Türkiyənin tanınmış aktrisası Banu Alkan haqqında həbs qərarı çıxarılıb.

Publika.az xəbər verir ki, "Dünya güzellerim” yarışmasına Bülent Ersoy və Banu Alkan arasında yaşanan gərginlik zamanı Divanın "Hələ İzmirdəki məsələ yerdə qalmayıb. Eylül Metinin kredit kartlarını alıb, xeyli borca salmısınız” sözlərinə B.Alkan "Mən heç kimin bir lirəsinə belə möhtac deyiləm” deyə cavab verib. Bu sözləri eşidən E.Metin isə Banu Alkanı inkarına görə 7200 lirə icazəsiz pul xərclədiyinə görə, "Bilərəkdən fırıldaqçılıq” maddəsi ilə cəzalanmasını tələb edib:
"Xəbərim olmadan otellərin birində kredit kartımdan 7200 lirə ödəmə gerçəkləşib. Məsələ hüquq-mühafizə orqanlarına çıxdıqdan sonra otel mənimlə əlaqə saxlayıb, ödənən pulu geri qaytardı. Lakin Banu Alkan hələ də belə bir şeyin yaşanmadığını iddia edir. Söhbət maddiyatdan getmir, sırf mənəvi səbəblərə görə şikayətimi geri götürmürəm”.
Şikayətə baxan İstanbul Məhkəməsi isə Banu Alkanın Türkiyədə heç bir mülkiyyəti olmadığına görə, onun haqqında həbs qərarı çıxarıb.
 
Aktual.az
Xəbər 469 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR