Türkiyədə yeddi PKK üzvü məhv edilib

Türkiyədə yeddi PKK üzvü məhv edilib

Türkiyənin cənub-şərqində yerləşən Siirt və Hakkari vilayətlərində aparılan antiterror əməliyyatları nəticəsində PKK terror təşkilatının yeddi üzvü məhv edilib.

Aktual.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının yaydığı məlumatda deyilir.

Terrorçulardan 5-i Siirtin Pervari əyalətində məhv edilib. Onların "M-16” və "Kalaşnikov” markalı avtomatlarla silahlandığı bildirilir. Hadisə yerinə baxış keçirilərkən orada radioqəbuledici və bir neçə partladıcı maddə aşkarlanıb.

Digər 2 terrorçu isə artilleriyanın dəqiq zərbəsi nəticəsində Hakkarinin Çuxurca rayonunda məhv edilib.

O da qeyd edilib ki, əməliyyat çərçivəsində terrorçularla əlaqədə şübhəli bilinən 16 şəxs saxlanılıb.
 
Aktual.az
Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR