“Türkiyədə vəziyyət o qədər qarışıqdır ki…”

“Türkiyədə vəziyyət o qədər qarışıqdır ki…”

Sözün əsil mənasında Türkiyədə vəziyyət heç də ürək açan deyil. Buna görə də son baş verənlərin fonunda nəinki seçkilər, hətta ölkəni qarşıda nələrin gözlədiyi barədə fikir yürütmək bir qədər çətindir.

Bu sözləri politoloq Fərhad Mehdiyev Axar.az-a Türkiyədə qarşıdan gələn 1 noyabr parlament seçkilərini şərh edərkən deyib. Hazırda qardaş ölkədə olan Fərhad Mehdiyevin qənaətinə görə, AKP bu dəfə də təkbaşına hökumət formalaşdıra bilməyəcək:

“Təxminən 1 aydan sonra Türkiyədə təkrar seçkilər keçiriləcək. Ölkədəki son durumları dəyərləndirsək, seçkilər barədə proqnozlar heç də gözlənilən kimi olmayacaq. AKP növbəti seçkilərdə hardasa, 40 faiz ətrafında səs toplaya biləcək. Hər halda, hazırkı real mənzərə bunu deməyə əsas verir. HDP-ni vurma cəhdləri baş tutmayacaq və HDP yenə barajı keçəcək. Ancaq həmin ərəfədə AKP MHP-dən bir az səs ala biləcək. MHP isə təxminən 14-15 faiz civarında səs toplayacaq. Bir sözlə, hakim partiya yenə təkbaşına hökumət qura bilməyəcək. Bu müharibə və terror hadisələrinin hamısı HDP-nin səslərini geri almağa hesablanır. Bu ehtimallarla yanaşı, yenə də dəqiq nəsə söyləmək çətindir. Hətta Türkiyədə belə real mənzərə qarşısında bir çox siyasi şərhçilər dəqiq proqnozlar verə bilmirlər”.

Politoloq Avropa Birliyi naziri, HDP-çi millət vəkili Heydər Koncanın noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı fikirlərinə də münasibət bildirib:

“Heydər Koncanın partiyasının bu və ya digər səbəblərdən səddi keçə bilməyəcəyi təqdirdə Türkiyənin bölünməsi, ölkədə və bütün coğrafiyada demokratiyanın HDP-nin əlində olmasına yönəlik çıxışı bütöv bir şəkildə dəyərləndirilməlidir. O, çıxışında bəzi avtoritar və Ərdoğanın HDP-nin səslərini əritmək yolundakı addımlarına da toxunub. Koncanın bəhs etdiyi “Türkiyə bölünə bilər” təhlükəsi, kürdlərin və sosialistlərin sivil mübarizə yollarının əngəllənməsi durumunda, həmin insanların bir hissəsinin zorakılığa əl ata biləcəkləri mənasına gəlir. Bu sözləri hər hansı bir analitik də deyə bilərdi. Millət vəkilinin bu çıxışı ona işarədir ki, müəyyən ideologiyaya sahib olan insanların sivil və dinc yollarla öz fikir və istəklərini dilə gətirməsinin qarşısını alınacağı təqdirdə insanların bir hissəsi həqiqətən də qeyri-sivil yollara əl atmağa məcbur qala bilərlər”.

// Aktual.az

Xəbər 803 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR