Türkiyədə terror planlaşdıran 10 nəfər zərərsizləşdirilib

Türkiyədə terror planlaşdıran 10 nəfər zərərsizləşdirilib
  • DÜNYA

Türkiyə Silahlı Qüvvələri terror törətməyi planlaşdıran 10 terrorçunu zərərsizləşdirib, daha 4-ü isə hərbçilərə təslim olub.

Aktual.az  Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Onların 3-ü Türkiyənin Hakkari əyalətinin Çukurca rayonundakı hərbi hissəyə hücum etmək istəyərkən məhv ediliblər.
Məlumata görə, ölkənin Siirt əyalətinin Eruh rayonuda keçirilən antiterror əməliyyatı nəticəsində 7 terrorçu havadan endirilən zərbələr nəticəsində məhv edilib.
İraqın şimalındakı terrorçuların sığınacaqlarından qaçan 4 terrorçu isə Türkiyənin Şırnak əyalətinin Silpi rayonunda hərbçilərə təslim olub. 
 
Aktual.az 
Xəbər 250 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR