Türkiyədə narkomanların sayı 25 dəfə artıb – Dəhşətli STATİSTİKA

Türkiyədə narkomanların sayı 25 dəfə artıb – Dəhşətli STATİSTİKA

Türkiyənin Səhiyyə Nazirliyi narkotijk maddə asılılığından müalicə alan insanların dəhşətli statistikasını açıqlayıb.


Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyədə narkoloji dispanserlərdə müalicə alanların sayı son illər ərzində 25 dəfə artıb. 2016-cı ildə 265000 nəfər müalicə almaq üçün müraciət edib.

Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, hər il artan bu rəqəmlər açıq şəkildə təhlükədən xəbər verir. Son 12il ərzində müalicə üçün müraciət edənlərin sayı 25 dəfə artıb. Bu da orta hesabla hər il 2,5 dəfə artım deməkdir. 2004-cü ildə 12656 nəfər müalicə alırdısa, 2016-cı ildə bu rəqəm 265384-ə bərabər olub.

Son 10 il ərzində 15  yaşından  kiçik uşaqların da sayında ciddi artım var. Son illər ərzində bu say 25 nəfərdən 48 nəfərə yüksəlib ki, bu da 92% artım deməkdir. 15-24 yaş arasında olan qızlarda bu say 62,8%, oğlanlarda isə 154% artmışdır. Bu yaş qrupunda xəstəxanada yatan insanların sayı ümumilikdə 4720-dən 11739-a yüksəlib.

Səhiyyə Nazirliyi bildirib ki, ən böyük problem gənclər və uşaqlarda  vəziyyətin ilbəil acınacaqlı hala gəlməsidir. Bu məsələnin üzərində tez zamanda iş aparılmalıdır. Bunun yollarından biri işsizliyin minimuma endirilməsidir. 24 iyunda keçiriləcək prezident və parlament seçkiləri bunun üçün ümid işıqlarından biri olduğu qeyd edilib.

 
Aktual.az
Xəbər 407 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR