Türkiyədə müxalif partiyanın 6 üzvü saxlanılıdı - Terrorizmə görə

Türkiyədə müxalif partiyanın 6 üzvü saxlanılıdı - Terrorizmə görə
  • DÜNYA

Türkiyədə müxalif Xalqların Demokratik Partiyasının (HDP) 6 üzvü sosial şəbəkələrdə terrorizmin təbliğinə görə saxlanılıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, HDP üzvlərinin saxlanması üzrə əməliyyat Kocaeli vilayətində keçirilib.
Ümumilikdə "Zeytun budağı" əməliyyatı başlayandan indiyədək sosial şəbəkələrdə terrorizmi təbliğ edən 790-dan çox şəxs saxlanılıb. Onların arasında PKK terror təşkilatının 16 üzvü də var.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
 
Aktual.az
Xəbər 279 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR