Türkiyədə içində 12 nəfər olan helikopter qəzaya düşdü

 Türkiyədə içində 12 nəfər olan helikopter qəzaya düşdü

Bu gün Türkiyənin Tunceli rayonunda qəzaya uğrayan vertolyotda 7 polis, 2 hakim, 3 heyət üzvü olub.
 
APA-nın "Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, vertolyot yerli vaxtla saat 13.30-da radardan itib.
Vertolyotdakı hakimlər seçki komissiyasının üzvləri olublar.
Axtarış-xilasetmə əməliyyatları üçün Diyarbəkirdən bir hərbi bölük və 10 xilasedici Tunceliyə göndərilib.
Qəzanın səbəbi hələlik məlum deyil.
 
Aktual.az
Xəbər 230 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR