Türkiyədə heyvanlara pasport veriləcək

Türkiyədə heyvanlara pasport veriləcək
  • DÜNYA

Türkiyədə Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin qərarı ilə heyvanların pasportlaşması prosesi başlayıb.

Trend-in məlumatına görə, müvafiq sənədlər təkdırnaqlı heyvanlara, o cümlədən at, uzunqulaq və digər heyvanlara veriləcək.
2019-cu ilin dekabrın 31-dən heyvanlarda bu sənədlərin olması məcburi hesab olunacaq.
Bu pasportlarda heyvanın doğum tarixi, cinsi, sağlamlıq vəziyyəti, rəngi kimi məlumatlar yer alacaq.
Bundan başqa qeyd olunur ki, təhlükəsizlik məqsədilə Türkiyə Silahlı Qüvvələrinin və Daxili İşlər Nazirliyinin balansında olan atlar pasportlaşma sisteminə daxil edilməyəcək.
 
Aktual.az
Xəbər 351 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR