Türkiyədə əfsanəyə çevrilən futbolçu yenidən transfer ediləcək

Türkiyədə əfsanəyə çevrilən futbolçu yenidən transfer ediləcək
  • İDMAN

Türkiyəni Çempionlar Liqasında uğurla təmsil edən "Beşiktaş” klubu qış pəncərəsindəki transfer siyahısı ilə bütün diqqətləri üzərinə çəkib.

Publika.az xəbər verir ki, klub 2015-2016-cı il mövsümündə "Beşiktaş”ı çempion edən Mario Qomezi yenidən transfer etmək niyyətindədir.
Ağ-qaralar ingilis, italiyan və ispan klublarının maraqlandığı ulduz forvard Cenk Tosunu satsa, M.Qomezə transfer təklifi edəcək.
İndidən hazırlıqlara başlayan klub "Volfsburq” komandasında forma geyinən M.Qomezdən müsbət cavab alacağına əmindir.
Qeyd edək ki, "Transfermarkt” almaniyalı futbolçuya minimum 7,50 min avro qiymət qoyub.

Xəbər 524 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR