Türkiyədə dolların məzənnəsi rekord səviyyədə bahalaşa bilər

Türkiyədə dolların məzənnəsi rekord səviyyədə bahalaşa bilər

Türkiyədə may ayının sonunadək ABŞ dollarının məzənnəsinin 3,50-3,60 TRY/USD diapazonunda hərəkət edəcəyi gözlənilir. 

Qlobal maliyyə bazarlarında dolların məzənnəsinin düşməsi nəzərə alınmaqla, Türkiyədə də dolların məzənnəsinin hər hansı bir fors-major halı olmaması şərti ilə 3,50 TRY/USD-dən aşağı düşəcəyi gözlənilmir. 

Aktual.az-ın məlumatına görə, Report-un analitik qrupu qeyd edir ki, gələn ay, iyunun 13-14-də ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artıracağı gözləntiləri fonunda dolların dünya valyuta bazarında bir qədər güclənəcəyi proqnozlaşdırılır. 

Bu da Türkiyədə dolların bir qədər bahalaşmasına səbəb ola bilər. Lakin yay turizm mövsümünün gəlməsi ilə xarici valyuta axınının artması Türkiyədə dolların məzənnəsinin 3,60 TRY/USD səviyyəsini keçməsini əngəlləyəcək. 

Qeyd edək ki, dünən, mayın 15-də Türkiyə Mərkəzi Bankı (TCMB) ilin sonu üçün dolların məzənnəsini 3,80 TRY/USD səviyyəsində proqnozlaşdırdığını açıqlayıb. 

Report-un analitikləri bildirirlər ki, Türkiyədə dolların məzənnəsinin gələn il 4 TRY/USD səviyyəsini keçməsi gözlənilir. 

2019-cu ilə qədər isə məzənnə dünya bazarında dolların möhkəmlənməsi ehtimallarının artması ilə 5 TRY/USD səviyyəsini üstələyə bilər.
 
Aktual.az
Xəbər 320 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR