Türkiyədə daha 243 hərbçinin həbsinə qərar verildi

Türkiyədə daha 243 hərbçinin həbsinə qərar verildi
  • DÜNYA

İstanbul Prokurorluğu Türkiyə Silahlı Qüvvələrinin daha 243 əməkdaşı barəsində həbs-qəti imkan tədbirinin seçilməsi üçün sanksiya verib.

Aktual.az  report-a istinadən xəbər verir ki, onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinirlər.

Həbs olunan hərbçilərdən 8-i polkovnik, 2-si isə polkovnik-leytenantdır. Onlar "ByLock" kompüter proqramının istifadəçiləri olublar.

"Sabah" qəzetinin yazdığına görə, bir müddət əvvəl Türkiyə Silahlı Qüvvələrinin daha 330 əməkdaşı "ByLock" proqramının istifadəçisi olmaqda şübhəli bilinərək həbs edilib.

Məlumata görə, FETÖ-çülər fəaliyyətlərini bu proqramdan istifadə edərək əlaqələndirirmişlər.
 
Aktual.az
Xəbər 304 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR