Türkiyədə bina çökdü

Türkiyədə bina çökdü
  • DÜNYA

Türkiyədə, Zeytinburnu ərazisində çoxmərtəbəli bina çöküb

Lent.az-ın sözcü-ə istinadən məlumatına görə, çoxlu sayda yaralıların olduğu deyilir. Hadisə yerinə təcili tibbi yardım maşınları sövq edilib. Çökən binanın əvvəlcə boşaldıldığı deyilsə də, dağıntılar altında qalanların olduğu bildirilir. 

Zeytinburnunda çökən binanın 7 mərtəbə olduğu öyrənilib. İndiyə qədər dağıntı altından çıxarılan 2 nəfər xəstəxanaya aparılıb.
 
Çökən binaya bitişik yanacaqdoldurma məntəqəsi, binanın aşağı mərtəbəsində isə işlək ATM mərkəzləri və iri supermarket var imiş
Zeytunburnu Bələdiyyə sədri Muray Aydın bildirib ki, 56 mənzilli bina boş olub. 1993-cü ildə inşa edilən bina 2015-ci ildə boşaldılıb.

Hadisənin detalları açıqlanacaq.
 
Aktual.az
Xəbər 527 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR