Türkiyədə azərbaycanlı tələbələrin birliyi quruldu - FOTOLAR

Türkiyədə azərbaycanlı tələbələrin birliyi quruldu - FOTOLAR

Türkiyənin İstanbul Universitetində təhsil alan azərbaycanlı tələbələr tərəfindən Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi (Azerbaycan Kültür ve Dayanışma Topluluğu) qurulub.

Bu günlərdə artıq bir ilə yaxındır ki, fəaliyyət göstərən İstanbul Üniversitesi Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi (Azerbaycan Kültür ve Dayanışma Topluluğu) rəsmi şəkildə qeydiyyatdan keçirilib.
Birliyin qurucusu və eyni zamanda başkanı, İstanbul Universitetinin magistr tələbəsi Rəşid Mustafazadənin sözlərinə görə, Cümhuriyyətin 100 illiyində Türkiyənin ən qocaman və prestijli ali təhsil ocaqlarından hesab edilən İstanbul Universitetində ilk dəfə olaraq fəaliyyətə başlayan birliyin əsas  məqsədi azərbaycan kökənli gənclərə dəstək vermək və özlərini daha yaxşı ifadə etmələrinə yardımçı olmaq, yerli və xarici tələbələrə Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixini düzgün şəkildə tanıtmaq, "Bir millət, iki dövlət" şüarını əsas tutaraq qardaş ölkə gənclərinin əməkdaşlığını, qaynaşmasını təmin etməkdir.
Qeyd edək ki, İstanbul Universiteti Türkiyənin ən qədim universiteti olmaqla yanaşı, dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmuş (2006) ilk Türkiyə universitetidir və eyni zamanda Asiyanın ən yaxşı 100 universiteti sırasındadır. Universitet iki Nobel mükafatçısını yetişdirib.









Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR