Türkiyə və Ukrayna vətəndaşlarına PASPORTSUZ SƏYAHƏT imkanı

Türkiyə və Ukrayna vətəndaşlarına PASPORTSUZ SƏYAHƏT imkanı

Ukrayna və Türkiyə vətəndaşları qarşılıqlı şəkildə xarici pasportsuz səfər edə biləcəklər.

Publika.az xəbər verir ki, Ukrayna Dövlət Miqrasiya Xidmətinin rəhbəri Maksim Sokolyuk özünün sosial media hesabından verdiyi açıqlamasında Türkiyə ilə Ukrayna arasında pasportsuz səyahət dövrünün yaxın zamanda başlayacağını bildirib.
İki ölkə arasında müqavilə dünən rəsmi şəkildə təsdiq olunub.
Sokolyuk açıqlamasında bildirib ki, Türkiyə rəsmiləri mayın 20-də Ukrayna ilə çipli şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahət layihəsini təsdiqlədilər: "Xarici İşlər Nazirliyindən rəsmi tarix gözləyirik. Bir neçə həftə ərzində bu layihənin tətbiqinə başlanılacaq", deyə o bildirib.
Qeyd edək ki, layihə çərçivəsində 550 min çipli şəxsiyyət vəsiqəsi istifadə edilib.
 
Aktual.az
Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR