Türkiyə və İraqın Baş nazirləri görüşəcək - Referenduma görə

Türkiyə və İraqın Baş nazirləri görüşəcək - Referenduma görə
  • DÜNYA

Türkiyə və İraqın Baş nazirləri Binəli Yıldırım və Heydər əl-Abadi yaxın vaxtlarda İraqın kürd muxtayyətində referendumla əlaqədar görüş keçirəcəklər.

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.
B.Bozdağ qeyd edib: "Madam ki, Məsud Bərzani bizim xəbərdarlığımıza əhəmiyyət vermir, o zaman İraq üzrə danışıqlar aparacağımız yeganə tərəf Bağdad rəhbərliyi olacaq. Baş nazirlərimiz yaxın vaxtlarda görüşəcəklər".

Qeyd edək ki, İraqın kürd muxtariyyəti sentyabrın 25-də bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirib.
 
Aktual.az
Xəbər 208 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR