Türkiyə Rusiya qazına görə ödənişləri rublla edəcək

Türkiyə Rusiya qazına görə ödənişləri rublla edəcək

"Moskva və Ankara arasında Rusiyadan alınan qazın 25%-nə görə ödənişlərin rublla edilməsinə dair saziş yaxın zamanlarda qüvvəyə minəcək”.
 
Aktual.az "Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin energetika və təbii resurslar naziri Fatih Dönməz açıqlayıb.
 
Onun sözlərinə görə, Türkiyənin Rusiyadan qazı rublla alması faktı xərcləri azaldacaq və ölkə iqtisadiyyatının dollardan asılılığını azaldacaq.
 
Xatırladaq ki, Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan sentyabrın 16-sı Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüş keçirib.
 
Görüş zamanı Rusiya lideri sözügedən məsələ barədə Türkiyə ilə razılığın əldə olunduğunu açıqlayıb.

Xəbər 590 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR