Türkiyə-İran sərhədində partlayış: İki Azərbaycan vətəndaşı yaralandı - YENİLƏNİB

Türkiyə-İran sərhədində partlayış: İki Azərbaycan vətəndaşı yaralandı - YENİLƏNİB

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Türkiyə-İran sərhədində minatəmizləmə əməliyyatı zamanı partlayışla bağlı açıqlama verilib.

Aktual.az-ın məlumatına görə, ANAMA-nın mətbuat xidmətinin rəhbəri Səbinə Sərkərova APA-ya bildirib ki, Agentlik tərəfindən Türkiyədə mina təmizləmə işləri aparan "MECHEM” şirkəti ilə bağlanmış müqaviləyə əsasən, Türkiyə-İran sərhədində mina təmizləmə əməliyyatları yerinə yetirilir.

O qeyd edib ki, 19 aprel 2017-ci ildən  indiyədək əməliyyatlar zamanı mütəxəssislər tərəfindən minlərlə mina aşkar olunaraq zərərsizləşdirilib.

"20 iyun 2017-ci il tarixdə səhər saat 07:15 radələrində əməliyyat zamanı mina hadisəsi baş verib. Hadisə zamanı ANAMA-nın 2 əməkdaşı – Həzi Aslanov və Ruslan Qasımov yüngül bədən xəsarətləri alıb, xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. Onların həyat və sağlamlıqları üçün heç bir təhlükə yoxdur”, - deyə S. Sərkərova bildirib. 
 
Aktual.az
Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR