Türkiyə Donbasda keçirilən “referendum”u tanımayacaq

Türkiyə Donbasda keçirilən “referendum”u tanımayacaq
  • DÜNYA

Türkiyə Donbasda keçirilən "referendum”un nəticələrini tanımayacaq.
 
Aktual.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində deyib
 
O qeyd edib ki, Türkiyə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıyır: "Biz bu müharibədə Ukraynanın yanındayıq. Krım məsələsində olduğu kimi, hazırda keçirilən "referendum”un da nəticələrini tanımayacağıq".
 
Kalın vurğulayıb ki, müharibəyə son qoymağa çalışan yeganə ölkə Türkiyədir. Onun fikrincə, müharibə uzun müddət davam edəcək.
 
Türkiyə rəsmisi, həmçinin bildirib ki, Rusiya ona qarşı tətbiq edilən sanksiyalardan türk bankları və iqtisadiyyatı vasitəsi ilə yayınmır, bu iddiaların heç bir əsası yoxdur.


Xəbər 581 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR