Türkiyə aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb, 30 nəfər ölüb - YENİLƏNİB

Türkiyə aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb, 30 nəfər ölüb - YENİLƏNİB
  • DÜNYA

Bişkekdə Turkish Airlines şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi bildirib.

***

Qırğızıstanın paytaxtı Bişkekdə Honkonqdan uçan təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində "Manas" hava limanın yaxınlığında olan 15 yaşayış binasına zərər dəyib.

***

Qırğızıstanın paytaxtı Bişkek yaxınlığında Türkiyə aviaşirkətinə məxsus yük təyyarə qəzaya uğrayıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Bildirilir ki, Honkonqdan uçan təyyarə eniş edərkən qəzaya uğrayıb.

Qəza pis hava şəraiti səbəbindən baş verib.

Qəzaya uğrayan təyyarə Turkish Airlines şirkətinə məxsus idi.

Bildirilir ki, təyyarə saat 7:25 eniş etməli idi.

Yük təyyarəsinin qəzayə uğraması nəticəsində ən azı 16 nəfər dünyasını deyişib.

Xəbər 638 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR