Türkiyə ABŞ və İsraildəki səfirlərini Qəzzada baş verən son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq üçün geri çağırır.
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Əroğan deyib.
Ərdoğan bildirib: "Türkiyə buna sərt reaksiya verəcək. Biz Vaşinqton və Tel-Əvivdəki səfirlərimizi məsləhətləşmələr üçün geri çağırdıq".
Ərdoğan İsraili terror dövləti, onun fələstinlilərə qarşı addımlarını isə soyqırım adlandırıb.
Aktual.az
Xəbər 322 dəfə oxunub.