Türkiyə ABŞ-dan ilk F-35 qırıcısı alacaq - Tarix açıqlandı

Türkiyə ABŞ-dan ilk F-35 qırıcısı alacaq - Tarix açıqlandı

Türkiyə iyunun 21-də ABŞ-dan ilk 5-ci nəsil F-35 qırıcısı alacaq.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi Katibliyinin baş direktoru İsmayıl Dəmir deyib.
O bildirib ki, F-35-in alışından sonra Türkiyə Hərbi Hava Qüvvələrinin pilotlarına qırıcını idarə etmək üçün təlim keçiriləcək.

İ.Dəmir qeyd edib ki, 2019-cu ildə Türkiyə daha bir neçə F-35 qırıcısı alacaq.
Xatırladaq ki, bundan əvvəl Vaşinqton və Ankara Türkiyəyə təqribən 100 ədəd F-35 qırıcı təyyarəsinin tədarük olunması ilə bağlı razılığa gəlmişdilər.
 
Aktual.az
Xəbər 432 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR