Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov bəyanat yaydı - MƏTN

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov bəyanat yaydı - MƏTN

Aktual.az xəbər verir ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov Rusiya Federasiyasının Ankaradakı səfiri Andrey Karlovun həyatını itirməsinə gətirib çıxaran terror hadisəsini kəskin şəkildə pisləyən bəyanat yayıb.
 
Bəyanatda deyilir: Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası və şəxsim adına, 19 dekabr 2016 tarixində Ankarada, sənət qalereyasında meydana gələn mənfur hücum nəticəsində həyatını itirən Rusiya Federasiyasının Ankaradakı səfiri Andrey Karlovun ağrılı itkisi ilə əlaqədar ailəsinə və bütün rus xalqına başsağlığı və səbir diləyir, bu xain sui-qəsdi din, dil, irq güdmədən reallaşdırılan hər cür terror hərəkətini nifrətlə lənətləyirəm. Hələbdə başverən insanlıq dramının həlli istiqamətində səy göstərilən bu günlərdə səfir Karlovun hədəf alındığı bu hücumun heç bir məqsədə xidmət etməyəcəyinə, hər nə bahasına olursa olsun sülhün və əmin-amanlığın təsis edilməsində hər cür işin davam etdirileceyinə olan qüvvətli inancımı vurğulamaq istəyirəm. Bu çərçivədə, həm Rusiya Federasiyasının paytaxtı Moskvada həm də Qazaxıstan Respublikasının paytaxtı Astanada keçiriləcək danışıqların son məqsədinə çatacağına, bölgədə sülhün təmin edilməsi üçün hər cür addımın atılacağına əmin olduğumu, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası olaraq bu günə qədər olduğu kimi bundan sonra da dinclik və sabitlik üçün üzərimizə düşən hər cür vəzifəsi yerinə yetireceyimize ayrıca bir dəfə daha ifadə etmək istəyirəm. Haqqında danışılan hücumlar və terror hərəkətləri bizləri bu amacımızdan çəkindirməyəcəkdir. Bu xain hücum nəticəsində həyatını itirən səfir Karlovun ailəsinə bir daha başsağlığı diləyir, bənzəri hadisələrin təkrar edilməməsini ümid edirəm.

Səfir Ramil Həsənov 
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi
Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR