Turagentlərə ödənişlər nağdsız qaydada aparılacaq

Turagentlərə ödənişlər nağdsız qaydada aparılacaq

Turizm agentliklərinə ödəmələrin yalnız nağdsız formada aparılması təklif edilir.

Aktual.az  AzVision.az-a istinadən xəbər verir ki, bununla bağlı "Turizm haqqında” qanuna dəyişiklik təklif olunub.

Dəyişikliyə əsasən, qanunun 9-cu (Turizm məhsulu satışının təşkili qaydaları) maddəsinə bu hissə əlavə edilir: Turagentlərə ödəmələr yalnız nağdsız qaydada həyata keçirilir.

Hazırkı qanunvericiliyə görə, turist göndərən turoperatorla və ya turagentlə turist qəbul edən turoperator və ya tura daxil olan konkret xidmətləri təklif edən şəxslər arasında qarşılıqlı ödəmələr turizm vauçeri əsasında həyata keçirilir.

Dəyişiklik Milli Məclisin iyunun 13-də keçiriləcək iclasında müzakirə ediləcək.
 
Aktual.az
Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR