“Trampla danışıqlar aparmaq vaxt itkisidir” – Bəşər Əsəd

“Trampla danışıqlar aparmaq vaxt itkisidir” – Bəşər Əsəd

Suriya prezidenti Bəşər Əsəd hesab edir ki, hazırda Amerika lideri Donald Trampla danışıqlar aparmaq mənasız olardı.

"Report” xəbər verir ki, o bunu NTV telekanalına müsahibəsində deyib.
"İndi ABŞ-la danışıqlar aparmaq vaxt itkisidir. Biz amerikalılarla ona görə danışmaq istəmirik ki, onlar amerikalıdırlar. Biz nəticə əldə edə biləcəyimiz hər kəslə danışıqlar aparmağa hazırıq”, – deyə siyasətçi bildirib.
Bununla yanaşı Əsəd qeyd edib ki, Amerika prezidentləri lobbiçilərin girovlarıdırlar:
"Onların problemi ondan ibarətdir ki, neft-qaz korporasiyaları, silah istehsalçıları və iri media qurumlarının maraqlarına xidmət etmək məcburiyyətindədirlər. Bu səbəbdən Qərb nümayəndələri danışıqlarda həmsöhbətlərinə onun istədiyini deyib, əməldə əksini edə bilərlər. Biz Amerika siyasətinin yaxın gələcəkdə dəyişəcəyinə inanmırıq”, – deyə o əlavə edib.
 
Aktual.az
Xəbər 456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR