Trampın “tvit”ləri redaktədən keçəcək

Trampın “tvit”ləri redaktədən keçəcək

Ağ Ev prezident Donald Trampın "tvit”lərini qabaqcadan yoxlamaq üçün hüquqşünaslar qrupu ilə əməkdaşlıq etməyi planlaşdırır

Lent.az-ın "The Wall Street Journal” qəzetinə istinadən verdiyi məlumata görə, hazırda bu təşəbbüs nəzərdən keçirilir. Hüquqşünaslar Trampın "tvit”lərini "Twitter”ə yerləşdirilməzdən əvvəl oxuyacaq və lazım gəldikdə, korrektələr edəcək.  
 
Qeyd edək ki, prezident Tramp "Twitter”dən səhərlər ölkəni salamlamaq, düşmənlərini məsxərəyə qoymaq, aktual məsələlərə qısa münasibətini bildirmək, son xəbərləri şərh etmək məqsədilə istifadə edir. Lakin bir çox hallarda onun "tvit”ləri ilə Ağ Evin rəsmi açıqlamaları arasında ziddiyyət olur. Trampın "Twitter”dən bu cür intensiv və nəzarətsiz şəkildə istifadə etməsi ölkədə, o cümlədən onun partiyadaşları olan respublikaçılar arasında narazılıqla qarşılanır.
 
Aktual.az
Xəbər 325 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR