Trampın tvitləri olan tualet kağızları satışa çıxarılıb - FOTO

Trampın tvitləri olan tualet kağızları satışa çıxarılıb - FOTO
  • DÜNYA

ABŞ prezidenti Donald Trampın tvitləri olan tualet kağızları "Amazon” onlayn fərdi satış şirkətində satışa çıxarılıb.

Aktual.az "Report”-a istinadən xəbər verir ki, bu barədə "Washington Examiner” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, kağızlar arasında Trampın prezident seçilməsindən əvvəlki fikirlərinin yer aldığı tvitlər də var. Bir tualet kağızı bağlamasının ekspress çatdırılma ilə birlikdə qiyməti 11,99 dollardır. 

Qəzetin məlumatına görə, cümə gününün birinci yarısında "Amazon” kağzıların satışından uzaqlaşmaq qərarına gələrək onu üçüncü şəxs vasitəsilə almağı təklif edib.

Qeyd olunur ki, Donald Tramp dəfələrlə "Amazon” internet şirkətinin sahibi Cef Bezosu, həmçinin onun sahibi olduğu "The Washington Post” qəzetini tənqqid edib. ABŞ prezidenti nəşri yalan xəbərlər hazırlamaqda ittiham edib və bildirib ki, Ceff Bezos qəzetdən fərdi satışı yüksək vergilərdən müdafiə etmək üçün istifadə edir. 
Xəbər 422 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR