Trampın reytinqi ən aşağı səviyyəyə ENDİ

Trampın reytinqi ən aşağı səviyyəyə ENDİ

ABŞ prezidenti Donald Trampın ölkə əhalisi tərəfindən dəstəklənmə səviyyəsi iki ay ərzində ən aşağı həddə düşüb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Gallup"ın apardığı sorğunun nəticəsində qeyd olunur.
 
Martın 18-də keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 37%-i ABŞ prezidentinin fəaliyyətini müsbət, 58%-i isə mənfi  qiymətləndirib.
 
Sorğunun keçirildiyi ilk gündə, yanvarın 22-də  Tramp 45% müsbət və 45% mənfi rəy alıb. ABŞ  Donald Trampın inaqurasiya mərasimi yanvarın 20-də keçirilib. Qeyd edək ki, "Gallup"-ın gündəlik sorğularında 1 500 nəfər iştirak edir.
 

Aktual.az

Xəbər 161 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR