AzNews.az ABC News telekanalına istinadən xəbər verir ki, Florida ştatında ABŞ prezidenti Donald Trampın avtomobil kortejinə daş atılıb. Hazırda ABŞ xüsusi xidmət orqanları faktla bağlı araşdırma aparır.

Hadisə nəticəsində prezidentin limuzini zərər görməyib.

Xatırladaq ki, Donald Trampın siyasəti Amerika cəmiyyətində narazılıqla qarşılanır. ABŞ-da və dünyanın bir çox ölkələrində onun əlehinə etiraz aksiyaları keçirilir. Prezidenti rasizmdə və seksizmdə günahlandırırlar. Yeni etirazlara səbəb isə miqrasiya qanunlarına edilən dəyişiklikdir.