Tramp yeni milli təhlükəsizlik strategiyasını açıqlayacaq

Tramp yeni milli təhlükəsizlik strategiyasını açıqlayacaq
  • DÜNYA

ABŞ Prezidenti Donald Tramp dekabrın 18-də yeni milli təhlükəsizlik strategiyasını açıqlayacaq.

Aktual.az "Report”a  istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster bildirib.
Sənəd dörd əsas maddədən ibarət olacaq: amerikalıların müdafiəsi, ABŞ-ın rifahının gücləndirilməsi, "güc vasitəsilə sülhün qorunması” və Amerikanın təsirinin artırılması.
"Geosiyasət geri qayıdıb, özü də ikiqat güclə qayıdıb”, – müşavir vurğulayıb.
Bu strategiyada həmçinin amerikalılara və onların maraqlarına təhlükələr müəyyən ediləcək. Belə təhlükələr sırasında Rusiya, Şimali Koreya və İranın qeyd ediləcəyi gözlənilir.
 
Aktual.az
Xəbər 228 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR