Tramp və dövlət departamentinin rəhbəri arasında gərginlik

Tramp və dövlət departamentinin rəhbəri arasında gərginlik
  • DÜNYA

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli prezident Donald Trampa rəsmi Tehranın nüvə proqramına riayət etməsini tanımamağı tövsiyə edib

"Report” xəbər verir ki, bu barədə Amerikanın Politico jurnalı məlumat yayıb.
Yazıda qeyd olunur ki, ABŞ dövlət katibi Reks Tillerson və Pentaqon rəhbəri Ceyms Mettis iyul ayında Trampı inandırıb ki, İran nüvə üzrə anlaşmaya riayət edir. Lakin ABŞ-ın BMT-dəki daimi nümayəndəsi bu nüvə anlaşmasına İranın əməl etmədiyinə dair fikir irəli sürüb və Trampı buna inandırıb. Halbuki, Prezident Administrasiyasının digər üzvləri bu məsələdə ehtiyatlı olmağın tərəfdarı olublar.


Jurnalda o da qeyd olunub ki, bütün baş verənlər Tramp və dövlət departamentinin rəhbəri arasında olan gərginliklə müşahidə olunur.
 
Aktual.az
Xəbər 240 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR