Tramp Səudiyyə Ərəbistanına ilk rəsmi səfərə gedib

Tramp Səudiyyə Ərəbistanına ilk rəsmi səfərə gedib

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına ilk rəsmi səfərə gedib.

Aktual.az  xəbər verir ki, "Report” "Al-Arabiya” telekanalına istinadən xəbər verir ki, Ər-Riyadda Trampın Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səudla görüşü planlaşdırılıb.

Görüşdə əməkdaşlığın bir sıra sahələrdə möhkəmləndirilməsi məsələləri, xüsusilə iqtisadi və hərbi-texniki sahələr müzakirə olunacaq. Bir sıra ikitərəfli sazişlərin imzalanması gözlənilir.

Tramp Səudiyyə Ərəbistanından sonra İsrail və Vatikana səfər edəcək, daha sonra isə Brüsseldə NATO sammitində və Siciliyada G-7 liderlərinin görüşündə iştirak edəcək.
 

Aktual.az 

Xəbər 303 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR