Tramp Putinlə görüşündə müzakirə ediləcək məsələlərdən danışıb

Tramp Putinlə görüşündə müzakirə ediləcək məsələlərdən danışıb

ABŞ prezidenti Donald Tramp Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinlə görüşündə müzakirə ediləcək məsələlərdən danışıb.

Aktual.az "Report"a istinadən bildirir ki, bu barədə "Reuters" xəbər verib.
Ağ Ev rəhbəri bildirib ki, o, rusiyalı həmkarı ilə Suriyada və Ukraynada yaranmış vəziyyəti, həmçinin 2016-cı ildə Amerikada keçirilmiş seçkilərə Rusiyanın müdaxiləsi məsələlərini müzakirə etmək niyyətindədir.
"Ukrayna, Suriya, seçkilər...Biz istəmirik ki, kimsə seçkilərimizə müdaxilə etsin" - deyə Tramp bildirib.
Qeyd edək ki, Putinlə Trampın görüşü Helsinkidə, iyulun 16-da keçiriləcək. Dövlət başçıları görüşdə ikitərəfli münasibətlərin inkişafı və beynəlxalq, aktual məsələləri qaldırmaq niyyətindədirlər.
 
Aktual.az 
Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR