Tramp Putinin qarşısına ŞƏRT QOYDU

Tramp Putinin qarşısına ŞƏRT QOYDU
  • DÜNYA

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya əleyhinə sanksiyaların dərhal ləğv etməyi planlaşdırmır.

Publika.az xəbər verir ki, Tramp bu haqda "Wall Street Journal” qəzetinə müsahibəsində deyib.
Ağ Evin yeni lideri sanksiyaların gələcəkdə ləğvini istisna etmir.
Tramp bildirb ki, məhdudlaşdırıcı ölçülər "ən azı hansısa bir vaxt boyunca” qalacaq.
"Əgər Rusiya sizinlə yola gedirsə və sizinlə birlikdə çox gözəl işlər görürsə, onda sanksiyaları saxlamaq nəyə lazımdır”, - deyə o bildirib.
Seçkiqabağı kampaniyası zamanı və qələbədən sonra Tramp dəfələrlə bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətlər qura bilər.

Aktual.az
Xəbər 283 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR