Tramp niyə məhz Qüdsü paytaxt seçdi? - FOTOLAR

Tramp niyə məhz Qüdsü paytaxt seçdi? - FOTOLAR
  • DÜNYA

ABŞ prezidenti Donald Trampın bütün dünyanın etirazına rəğmən Qüds şəhərini İsrailin paytaxtı elan etməsi bütün diqqətləri bu şəhərə yönəldib.

Publika.az xəbər verir ki, yəhudi, xristian və müsəlmanların müqəddəs məbədlərinə ev sahibliyi edən bu şəhərin dünyada ikinci bir bənzəri yoxdur. Qüds rəmzi şəhər olmaqla yanaşı, İsrail və Fələstini üz-üzə qoyan ən əhəmiyyətli mövzulardan biridir.
ABŞ-ın Qüdsü paytaxt elan etməsi ilə birlikdə paytaxtların nəyi təmsil etdiyi və niyə seçildikləri mövzusunda suallar baş qaldırmağa başlayıb.
Bir şəhərin paytaxt seçilməsinin 4 səbəbi...
1. Nəzarət vasitəsi, birlik simvolu
Paytaxt sözü ingilis dilində "capital", latınca "capitalis"dir. Bu söz "başa ait/dair" kimi tərcümə edilir. Bölgənin başındakı şəhər kimi dövlətlə bağlılığı olan və hökumətin başçılarına, ya kral ailəsinə ev sahibliyi edən yer anlamında başa düşülür. Paytaxtın qorunması vacib məsələdir. Lakin eyni zamanda, nəzarəti təmin etməsi və birliyi təmsil etməsi ən önəmli məsələdir.
Bu səbəbdən bir çox ölkənin paytaxtı ölkələrin mərkəzində inşa edilib. Təmsiledici və rahat çatmaq məqsədilə.
Məsələn, Madrid şəhəri İber yarımadasının tam mərkəzindədir. Nigeriyanın paytaxtı Abuya da 1991-ci ildə coğrafi və dini strateji nöqteyi-nəzərindən ölkənin tam mərkəzində tikilib.

2. Siyasi uzlaşma
Bu günkü bölünmüş Vaşinqtondan fərqli olaraq, Vaşinqton DC 1790-cı ildə siyasi bir uzlaşmaya paytaxt olmuşdu. Aleksandr Hammilton və şimal əyalətləri federal hökumətin əyalətlərin borclarını öz üzərinə götürməsini istəmiş və paytaxtın cənubda yerləşməsini istəyən Tomas Cefferson və Ceyms Madison ilə razılaşmışdı. Corc Vaşinqton isə Potomak çayının kənarını seçmişdi.
Avstraliyaya səyahət edən turistlər isə Sidney şəhərinin əslində paytaxt olmadığını öyrənincə təəccüb içində qalırlar. Əslində isə paytaxt Kanberra Sidney və Melburn kimi şəhərlər arasında bir uzlaşma üzərinə qurulub.

3. Qarışıq tarix
Berlin, yoxsa Bonn? 1989-cu ildə Berlin divarı söküləndə və Almaniya yenidən birləşəndə bir paytaxt seçilməli idi? Soyuq müharibə dövründə Bonn qərbi Almaniyanın, Şərqi Berlin isə Şərqi Almaniyanın (Alman Demokratik Respublikası) paytaxtları idi. Bu gün Berlinin gecə klublarına gedib divarın rəngli qalıqlarının fotolarını çəkən turistlərin çox az qismi Bonn şəhərini tanıyır. Ancaq Almaniya Parlamentində 20 iyun 1991-ci ildə aparılan səsvermədə Berlin sadəcə 17 səslə Bonn şəhərini üstələmişdi.
Almaniya sadəcə iki seçim arasında qalıb, ancaq Cənubi Afrikanın vəziyyəti daha qarışıqdır. Belə ki, CAR-ın 3 paytaxtı var: Keyptaun (qanun), Pretoriya (idarə) və Bloemfontein (məhkəmə). Konsitutsiya Məhkəməsi isə Yohannesburq şəhərində yerləşir. Bu qarışıqlığın səbəbi isə 1910-cu ildə 4 ingilisin birləşib Cənubi Afrika Birliyini qurduğunda paytaxtın hara olacağına qərar verə bilməməsidir.

4. Diktatorların həvəsləri
1994-cü ildə Qazaxıstanın paytaxtı olan Astana 1991-ci ildən etibarən prezident olan Nursultan Nazarbayevin ehtiras və istəklərini əks etdirən parıltılı və futuristik bir yer idi. Şəhərin önəmli memarlıq abidələri arasında Norman Fosterin dizayn etdiyi və 1500 nəfərlik bir opera səhnəsi olan, beton və şüşə piramidası "Sülh və Ahəng” sarayı diqqət çəkir.
Daha öncə Birma adı verilən Myanmada isə paytaxt Londondan 4 dəfə böyük olan Nay Pyi Taodur. Bu şəhər 2005-ci ildə demokratiyaya keçid addımlarına başlamadan öncə əsgərlər üçün idarəetmə düşərgəsi olub. Nəhəng paytaxt hazırda hər şeyə sahibdir. Geniş yollar, zoopark və qolf sahələri. Ancaq əhalisi olduqca azdır.


Aktual.az
Xəbər 642 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR