Tramp İrana qarşı sanksiyaların müddətini uzadıb

Tramp İrana qarşı sanksiyaların müddətini uzadıb

ABŞ prezidenti Donald Tramp İrana qarşı tətbiq olunan sanksiyaların müddətini daha bir il müddətinə uzadıb.


APA-nın məlumatına görə, Ağ Evin məlumatında belə deyilir.

"İran hökumətinin siyasəti və müəyyən hərəkətləri ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün mühüm təhlükələr yaratmağa davam edir. Odur ki, 1995-ci il, 15 mart tarixli qərar qüvvədə qalmalıdır”, sənəddə qeyd olunur. Sanksiyaların uzadılmasına səbəb kimi həmçinin ballistik raketlərin istehsalı, beynəlxalq terrorizmə dəstək və insan haqlarının pozulması göstərilir.

Xəbər 292 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR